Kaladze: Təhqir olanda həmişə reaksiya göstərilir

Tbilisi meri Kaxa Kaladze Əbu-Dabidəki qarşıdurmaya cavab verərək deyib ki, “zorakılıq həmişə müvafiq cavabla qarşılanacaq”.


Kaladzenin sözlərinə görə, kimsə məmuru təhqir edəndə başını aşağı salıb bir söz demədən oradan çıxa bilməz.

“Deputat, məmur heç kimə hücum etmir. Təbii ki, mən bunu görmüşəm və bunu heç kim bağışlamır, nə şifahi, nə də fiziki zorakılıq. Hətta bir
millət vəkilinin, hansısa məmurun vətəndaşa hücum etməsi ilə bağlı bir misal çəkə bilməzsiniz. Heç kimin ixtiyarı yoxdur ki, təkbaşına oturub səhər yeməyi yeyən adamın yanına gəlib onu sözlə təhqir etsin. Zorakılıq mənim üçün qəbuledilməzdir, bu bəyanatı dəfələrlə demişəm.
Təhqir olanda həmişə reaksiya gəlir, bunu hamı başa düşməlidir. Siz elə bir tendensiya tətbiq etməyə çalışırsınız ki, kimsə məmuru təhqir edirsə, başını aşağı salıb getsin, bu olmayacaq. Zorakılıq həmişə müvafiq cavabla qarşılanacaq"
, - Kaladze bildirib.
___________________________________
Dünən Əbu-Dabidə “Gürcü Arzusu”nun deputatları ilə sözlü mübahisə edən vətəndaş Laşa Qabitaşvili bu gün sosial şəbəkədə İrakli Zarkua, Viktor Sanikidze və Qela Samxaraulinin ona fiziki təzyiq göstərdiyini göstərən video paylaşıb.


Mənbə: Publika


 

Print Email
FaceBook Twitter Google