Son bir neçə ayda Gürcüstanda unun qiyməti bahalaşıb.
Marneuli bazarının satıcıları deyirlər ki, qiymətlər təxminən 2-3
ay əvvəl dəyişib. Qiymət unun keyfiyyətindən asılı olaraq
dəyişir.
Satıcılardan birinin dediyinə görə, 2 ay əvvəl 50 kiloqramlıq kisə,
birinci keyfiyyətli un 50 lari idisə, indi onun qiyməti 60 laridir.
Satıcının sözlərinə görə, bütün bunlar buğdanın bahalaşması ilə
bağlıdır.
Bir neçə ay əvvəl buğdanın 1 kiloqramı 55 tetri idisə,
indi təxminən 85 tetridir.
Marneuli bazarında ən baha un birinci keyfiyyətli undur. 50
kiloqramlıq kisənin qiyməti 80 laridir.
Müxtəlif istehsal növləri olan 50 kq-lıq, birinci keyfiyyətli unu
50-60 lariyə ala bilərsiniz.
Ən aşağı qiymət 25 kiloqram una aiddir ki, bu da çeşidə görə
dəyişir. Marneuli bazarında birinci keyfiyyətli 25 kiloqramlıq
kisəni 30 lariyə almaq olar.
Çörək zavodları unun idxal vergisinin azaldılmasını tələb edir.
Çörəkçilər Assosiasiyasının sədri Malxaz Dolidzenin sözlərinə görə,
seçkilərdən sonra unun maya dəyəri artıb və bu biznesin çörəyin
qiymətini saxlamasını çətinləşdirir.
Malxaz Dolidze deyir ki, yerli bazarda bir kisə unun qiyməti artıb
və buna onların artıq öhdəsindən gələ bilmədiyi digər xərclər də
əlavə olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415