Respublikaçı konqresmen Co Uilson yazır ki, ABŞ-ın seçilmiş
prezidenti Donald Trampla
görüşüb və ona İvanişvilinin rejimi haqqında məlumat verib.
"Donald Trampla görüşməkdən məmnunam. Ona azadlığa qarşı
İvanişvilinin rejiminin hücumları, Çin Kommunist Partiyası ilə onun
korrupsion sövdələşmələri, CCP (Çin Kommunist Partiyası) və İran
rejimi ilə əlaqələri barədə danışdım. İran rejimi onu öldürmək
istəyirdi. Eyni zamanda, Gürcüstan dostlarının məktubunu da onunla
paylaşdım", — deyə Co Uilson yazır.
Söhbət 45 qanunverici və keçmiş siyasətçinin transatlantik siyasi
spektrdən göndərdiyi məktubdan gedir. Məktubda demokratik
hökumətlərə müraciət edilib ki, Gürcüstanda azad və ədalətli
seçkilər keçirilməsini tələb etsinlər və Bidzina İvanişvilinin
qeyri-legitim rejimini rədd etsinlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415