İran prezidenti yanvarın 17-də Moskvaya rəsmi səfər
edəcək,
– bu barədə Kremlin mətbuat xidməti məlumat yayır.
İran prezidenti Məsud Pezeşkian Moskvada Rusiya prezidenti Vladimir
Putinlə görüşəcək.
“İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi
perspektivlərinin, o cümlədən ticarət və investisiyalar, nəqliyyat
və humanitar sahələrin, həmçinin regional və beynəlxalq
gündəlikdəki aktual məsələlərin müzakirə olunacağı
gözlənilir”, – Kremlin mətbuat xidmətinin bəyanatında
deyilib.
Kremlin
mətbuat xidmətində qeyd etdikləri kimi, Putin və Pezeşkian
Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq sazişini
imzalayacaqlar.
“Danışıqlardan sonra Vladimir Putin və Məsud Pezeşkian
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında
Saziş imzalayacaq, həmçinin mediaya bəyanatlar
verəcəklər”, – bəyanatda deyilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415