Marneuli meriyası 24 maşının sığortalanmasına 22 776 lari ödəyib
Marneuli yerli özünüidarəsi birləşdirilmiş tender çərçivəsində meriyanın balansında olan nəqliyyat vasitələrinin sığortası üçün “Alfa Sığorta Şirkəti” ilə müqavilə imzalayıb.

Marneuli meriyası ilə “Alfa” sığorta şirkəti arasında bağlanmış müqaviləyə əsasən, 2025-ci il ərzində meriyanın balansında olan 24 nəqliyyat vasitəsi sığortalanacaq.

“Alfa” şirkəti sıradan çıxmış avtomobillərin xərclərini aşağıdakı hallarda təmin edəcək:
  • Sığortalanmış nəqliyyat vasitəsinin hərəkətdə olub-olmamasından asılı olmayaraq,
    baş vermiş yol-nəqliyyat hadisəsi (yol-nəqliyyat hadisəsinin kimin tərəfindən törədilməsindən asılı olmayaraq);
  • Nəqliyyat vasitəsinin və ya onun ayrı-ayrı hissələrinin itirilməsi (o cümlədən oğurluq/quldurluq/soyğunçuluq/qaçırmağa cəhd nəticəsində);
  • Təbii fəlakətlərin, xüsusən də zəlzələlər, daşqınlar, güclü qar yağışları, uçqunlar, qasırğalar, tufanlar, sel, ildırım, sürüşmə, dolu və ya dağıntılara səbəb olan hər hansı qəfil hadisə nəticəsində yaranan təsirlər;
  • Yanğın, partlayış, hər hansı əşyanın düşməsi/yıxılması, vandalizm;
  • Üçüncü şəxsin qanuna zidd hərəkəti;
  • Naməlum səbəbdən avtomobilin zədələnməsi.
Marneuli yerli özünüidarəsi avtomobillərin sığortalanması üçün bir il ərzində “Alfa” şirkətinə 22 776 lari 68 tetri ödəyəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google