Qrup hücumunda iştirak edən Dimitri Samxaradze və Qiorqi Manvelidze hələ də saxlanılmayıb
Yanvarın 15-nə keçən gecə “Gürcü Arzusu”nun qeyri-legitim deputatı Dimitri Samxaradze, həmçinin Acarıstanın qeyri-legitim hökuməti, maliyyə və iqtisadiyyat nazirinin müavini Qiorqi Manvelidze əvvəlcə jurnalist Zviad Koridzeyə, sonra isə keçmiş baş nazirə hücum edib.

Hadisə yanvarın 15-də, saat 00:00-dan sonra baş verib. Polis indiyədək heç kimi həbs etməyib.
  • Şeraton otelində nə baş verdi?
Batumidəki “Şeraton”da jurnalist Zviad Koridze
və siyasətçi Qiorqi Qaxariya hücuma məruz qalıb.

Jurnalist Zviad Koridze yanvarın 14-də məhkəmə tərəfindən iki aylıq həbs-qətimkan tədbiri seçilən “Batumelebi/Netgazeti”nin təsisçisi Mzia Amaqlobelinin məhkəməsi üçün Batumidə olub.

Jurnalist Qela Mtivlişvili Koridzenin qrup tərəfindən hücuma məruz qaldığını eşitdikdən sonra həmin gecə Şeratonda Zviad Koridzeyə baş çəkib.
  • Qela Mtivlişvili Şeratona gələndə hansı mənzərəni gördü?
Qela Mtivlişvili “Batumelebe”yə bildirib ki, gələn kimi o, “Gürcüstan naminə” partiyasının lideri Qiorqi Qaxarianı otelin foyesində qan içində görüb.

Qela Mtivlişvilinin sözlərinə görə, Şeratonun foyesindəki videokameralar elə yerləşdirilib ki, hər iki hücum tam şəkildə çəkilməlidir.

Qiorqi Qaxaria özü də mediaya hücum edənlərin kimliyini açıqlamayıb. O, Facebook-da səhhətinin normal olduğunu və bu gün ilk növbədə qanunsuz məhbusların dəstəyə ehtiyacı olduğunu yazıb. “Qaxaria Gürcüstan üçün” partiyasının üzvü Berdia Siçinavanın sözlərinə görə, Qiorqi Qaxaria 10-a qədər adamın hücumuna məruz qalıb.

Polis gələnə qədər cinayət yeri niyə təmizlənib və bu barədə qərar kim verib? – Jurnalistlər bu sualları bu gün Şeratonun meneceri Meqi Jğentiyə verdilər.

Onun sözlərinə görə, cinayət yeri təmizlik xidməti tərəfindən təmizlənib, "çünki girişdə qan gölməçəsi dururdu".

Şeratonun ofis meneceri deyir ki, yanvarın 15-nə keçən gecənin çəkilişləri mövcuddur və rəsmi müraciət əsasında istintaqa tam şəkildə təqdim olunacaq.

Təcili yardım gələndən sonra polis Şeratona gec gəlib.

  • İstintaq başlayıbmı?
Daxili İşlər Nazirliyindən “Batumelebi”yə verilən məlumata görə, “Şeraton”a qrup şəklində hücum faktı ilə bağlı araşdırma başlansa da, saxlanılan yoxdur.

İstintaq Cinayət Məcəlləsinin zorakılıq törətmə və ya 120 saatdan 180 saatadək müddətə cərimə və ya ictimai işlər və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı və ya müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan 126-cı maddəsi ilə başlanıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google