2024-cü ilin dekabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə
yaşayış minimumu cəmi 10,6 lari artıb,
əvvəlki ayla müqayisədə isə 2,2 lari azalıb.
Milli Statistika Xidmətinin məlumatına görə, ötən ilin dekabrında
əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 260,2 lari olduğu
halda, 2023-cü ilin dekabrında bu rəqəm 249,6 lari, 2024-cü ilin
noyabrında isə 262,4 lari olub.
Orta istehlakçı üçün yaşayış minimumuna gəlincə, ötən ilin
dekabrında 230,5 lari, noyabrda 232,3 lari, 2023-cü ilin dekabrında
isə 221,1 lari müəyyən edilib.
Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum ərzaq səbətinə
əsasən müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətli
insanın normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən
zəruri olan qidanın miqdarını, onun tərkib elementlərinin
(zülallar, yağlar və karbohidratlar) minimum miqdarını və kaloriyi
özündə əks etdirən müəyyən edilmiş normativ səbətdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415