“Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana
ekstradisiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bir
həftə müddətinə dayandırılıb.
Bu barədə Gürcüstan Sosial Ədalət Mərkəzinin rəhbəri, Sadıqovun
hüquqi müdafiəsini həyata keçirən Tamta Mikeladze Facebook-da
yazıb.
Onun sözlərinə görə, dekabrın 10-da Sosial Ədalət Mərkəzi Avropa
İnsan Hüquqları Məhkəməsini məhkəmə reqlamentinin 39-cu qaydasına
uyğun olaraq "müvəqqəti tədbir"dən istifadə etməyə
və Əfqan
Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırmağa çağırıb.
Sözügedən mexanizmdən hüquqların pozulması riskinin yüksək və geri
dönməz olduğu, dövlətlərin konvensiyaya qarşı hərəkətlərini
dayandırmağın lazım gəldiyi hallarda istifadə olunur.
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsinin iclasında Sadıqovun
ekstradisiyası barədə qərarın təsdiq edilməsi ehtimalı ilə əlaqədar
bu müraciət Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.
Avropa İnsan Hüquqları Məhkəməsi təşkilatın xahişini təmin edib və
Sadıqovun ekstradisiyası ilə bağlı birinci instansiya məhkəməsinin
qərarını qüvvədə saxlayan Tbilisi Apellyasiya Məhkəməsinin
qərarından sonra 7 gün ərzində Sadıqovun ekstradisiyasını qadağan
edib.
Sosial Ədalət Mərkəzi Apellyasiya Məhkəməsinin qərarı barədə Avropa
İnsan Hüquqları Məhkəməsini məlumatlandırıb və müvəqqəti tədbirin
qüvvədə olma müddətinin uzadılmasını, Strasburq məhkəməsi bu iş
üzrə yekun qərar qəbul etmədən əvvəl Sadıqovun verilməsinin
qarşısını almağı xahiş edib.
Əfqan Sadıqov təqiblərdən ehtiyat edərək 2023-cü ilin dekabrında
ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu Gürcüstandan
Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda
bilər.
Avqustda Sadıqov Azərbaycanın sorğusu əsasında həbs edilib. Bakıda
onu hədə yoluyla tələb etməkdə ittiham edirlər və ekstradisiyasını
tələb edirlər. Həbs olunmasına və ona sığınacaq verilməsindən
imtina edilməsinə etiraz edərək sentyabrın 21-dən aclıq edib.
Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və həbsxana
xəstəxanasına köçürülüb. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq
verməkdən imtina edib.
Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Sadıqovun Azərbaycana
ekstradisiyası barədə qərar qəbul edib. Yanvarın 15-də Tbilisi
Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun şikayətini təmin etməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415