„Gürcü Arzusu“nun Baş Naziri İrakli Kobaxidze Azərbaycana səfər edib
Presa xidmətinin məlumatına görə, İrakli Kobaxidzeni Bakıda Heydər Əliyev adına beynəlxalq hava limanında Azərbaycanın vitse-premyeri Samir Şərifov qarşılayıb.

İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham
Əliyev və Baş Nazir Əli Əsədovla görüşlər keçirəcək. Onunla birlikdə Azərbaycana “Gürcü Arzusu” hökumətinin üzvləri də səfər ediblər: Levan Davitaşvili, Maka Boçorişvili, Davit Sonqulaşvili, Tinatin Ruxadze və “Gürcü Arzusu” hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani.
Print Email
FaceBook Twitter Google