Xviça Kvaratsxeliya "PSJ" ilə 5 illik müqavilə imzalayacaq
İddialara görə, "Napoli"nin ulduzu Xviça Kvaratsxeliya "Paris Sen-Jermen" (PSJ) klubuna keçəcək. Le Parisien-in məlumatına əsasən, Kvaratsxeliya və Fransa klubu arasında 2029-cu ilə qədər davam edəcək 5 illik müqavilə bağlanacaq.

Məlumata görə, Kvaratsxeliya sabah Parisə gedəcək və tibbi müayinədən keçəcək. Daha sonra onun transferi rəsmi olaraq təsdiqlənəcək. Bu transfer Fransa klubuna təxminən 70 milyon avroya başa gələcək.

Bildirilib ki, Kvaratsxeliya "PSJ"-də 7 nömrəli forma ilə çıxış edəcək. Hazırda bu nömrə Kilyan Mbappeyə məxsusdur, lakin Mbappenin klubdan ayrılması gözlənilir. Bu da Kvaratsxeliyaya "7 nömrə"ni geyinmək imkanı yaradacaq.

Kvaratsxeliyanın "PSJ"-də illik maaşı 9 milyon avro olacaq
ki, bu da gürcü futbolçunun karyerasında əhəmiyyətli bir nailiyyətdir.

Xviça sabah axşam saat 7-də Parisdə tibbi müayinədən keçəcək və transferin tamamlanmasından sonra klub onunla bağlı rəsmi mətbuat konfransı keçirəcək.

Qeyd: "PSJ"-də ən yüksək maaşı Usman Dembele alır, onun illik qazancı 20 milyon avrodur.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google