İddialara görə, "Napoli"nin ulduzu Xviça Kvaratsxeliya "Paris
Sen-Jermen" (PSJ) klubuna keçəcək.
Le Parisien-in məlumatına əsasən, Kvaratsxeliya və Fransa klubu
arasında 2029-cu ilə qədər davam edəcək 5 illik müqavilə
bağlanacaq.
Məlumata görə, Kvaratsxeliya sabah Parisə gedəcək və tibbi
müayinədən keçəcək. Daha sonra onun transferi rəsmi olaraq
təsdiqlənəcək. Bu transfer Fransa klubuna təxminən 70 milyon avroya
başa gələcək.
Bildirilib ki, Kvaratsxeliya "PSJ"-də 7 nömrəli forma ilə çıxış
edəcək. Hazırda bu nömrə Kilyan Mbappeyə məxsusdur, lakin Mbappenin
klubdan ayrılması gözlənilir. Bu da Kvaratsxeliyaya "7 nömrə"ni
geyinmək imkanı yaradacaq.
Kvaratsxeliyanın "PSJ"-də illik maaşı 9 milyon avro olacaq
ki, bu
da gürcü futbolçunun karyerasında əhəmiyyətli bir nailiyyətdir.
Xviça sabah axşam saat 7-də Parisdə tibbi müayinədən keçəcək və
transferin tamamlanmasından sonra klub onunla bağlı rəsmi mətbuat
konfransı keçirəcək.
Qeyd: "PSJ"-də ən yüksək maaşı Usman Dembele alır, onun illik
qazancı 20 milyon avrodur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415