Dmanisi sakinlərinin diqqətinə: Bələdiyyə nəqliyyatının yeni istiqamətləri təyin edildi
Dmanisi Bələdiyyəsində 14 yanvar 2025-ci il tarixindən etibarən pulsuz bələdiyyə nəqliyyatı aşağıdakı əlavə istiqamətlər üzrə vətəndaşlara xidmət göstərəcək:

✅ Hər çərşənbə:
Saat 10:00-da Lökcandar kəndindən Dmanisi şəhəri istiqamətində və saat 16:00-da Dmanisi şəhərindən Lökcandar kəndi istiqamətində;
Saat 10:00-da Qamışlı kəndindən Dmanisi istiqamətində və saat 16:00-da Dmanisi şəhərindən Qamışlı kəndi istiqamətində;
Saat 10:00-da Kakliani kəndindən, Boslebi kəndi, Dmanisi
şəhəri istiqamətində və saat 15:00-da Dmanisi şəhərindən, Boslebi kəndi, Kakliani kəndi istiqamətində.
✅ Hər bazar ertəsi və cümə axşamı:
Saat 10:00-da Maşavera kəndindən Dmanisi şəhəri istiqamətində və saat 15:00-da Dmanisi şəhərindən Maşavera kəndi istiqamətində.

Bu məlumatlara Dmanisili rejissor və "Görüş Yeri" təşkilatının təsisçisi Laşa Çxvimiani də münasibət bildirib.

Laşa Çxvimiani sosial mediada yazır: “Birləşmiş vətəndaş cəmiyyətinin belə gücü var.

O qeyd edib ki, 2023-cü ildə 312 Dmanisili vətəndaşın imzaladığı petisiya əsasında işə salınmış bələdiyyə nəqliyyatı proqramı təbii şəkildə inkişaf etməyə başladı və proqrama daha 5 kənd əlavə edildi.

Hazırda proqram Dmanisinin 29 kəndinə xidmət edir, bu isə yerli əhali üçün daha rahat və əlçatan nəqliyyat şəraiti yaradır.

Lakin Dmanisi Bələdiyyəsinin 28 kəndi hələ də nəqliyyat xidmətindən kənarda qalır. Laşa Çxvimiani qeyd edir ki, bu kəndlərin proqramda iştirak etməsi tamamilə vətəndaşların fəallığından asılı olacaq: "Hansı kəndin ilk olaraq bu proqrama qoşulacağı vətəndaşların fəallığından asılıdır", – deyə o vurğulayıb.

Dmanisi Bələdiyyəsi vətəndaşları proqramın genişlənməsi üçün daha fəal olmağa çağırır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google