Marneuli Bələdiyyə Məclisi “Gürcü arzusu” Parlamentinin 2024-cü il
dekabrın 13-də qəbul etdiyi “Dövlət xidməti haqqında” qanundakı
dəyişikliyə əsaslanaraq
Bələdiyyə Məclisi Aparatı rəhbərini dövlət məmuru statusundan
məhrum edib. Bələdiyyə Məclisinin bu gün, 17 yanvar tarixindəki
qərarına əsasən, aparat rəhbəri inzibati müqaviləli işçi olub.
“Dövlət qurumunun ilkin struktur bölməsinin statusu
dəyişdirilərək inzibati müqavilə ilə işə götürülən şəxsə həvalə
edilib. Müvafiq olaraq, hüquqi statusun dəyişməsi bütün dövlət
qurumlarında çalışan ilkin struktur bölmə rəhbərini fərqli hüquqi
tənzimləmə altına qoyub. Qeyd olunanlara əsasən bildiririk ki,
2025-ci il yanvarın 1-dən etibarən Marneuli Bələdiyyə Məclisi
Aparatı inzibati müqavilə ilə təyin edilmiş şəxsə tabe olacaq.
Xahiş edirəm, yuxarıda göstərilənlərə əsaslanaraq, bu məsələyə səs
verin”, – deyə Marneuli Bələdiyyə Məclisinin
nümayəndəsi Tsotne Boçoidze bildirib.
“Gürcü Arzusu” “Dövlət xidməti haqqında” qanunda dəyişiklikləri 3
gün ərzində sürətləndirilmiş qaydada qəbul edib. 15 dekabr
tarixində üçüncü oxunuşda qəbul edilən dəyişikliyə əsasən, hakim
dairədə dövlət məmurlarının statusu dəyişdirilib, yenidənqurma
sadələşdirilib, dövlət məmurlarının qiymətləndirilməsi sistemi
dəyişdirilib.
“Dövlət xidməti haqqında” qanunda dəyişikliklər bir sıra dövlət
məmurlarının “Gürcü arzusu” hökumətinin Gürcüstanın Avropaya
inteqrasiyasını dayandırmasına və dinc etirazlara qarşı çıxmasına
səslərini ucaltdıqları zaman sürətləndirilmiş şəkildə tətbiq
edilib.
Hüquqşünaslar qanunda dəyişiklikləri siyasi təqib üçün əsas kimi
qiymətləndirirlər. Onlar iddia edirlər ki, bu sistem hökumətə
arzuolunmaz dövlət məmurlarını işdən çıxarmaq və onların yerinə
partiya tərəfdarlarını təyin etmək imkanı verir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415