Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilir. 35 il
əvvəl Sovet ordusu Bakı şəhərində hərbi əməlliyata başladı.
Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda
mübarizə aparan dinc əhaliyə qarşı cinayyət törədildi.
Bu gün, Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının
əziz xatirəsini yad edir.
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin
hərb
maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə
edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza
atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 134 dinc sakin
öldürülüb, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz
olaraq həbs edildi. Həlak olanlar arasında yetkinlik yaşına
çatmayanlar, qadınlar və qocalar da var idi.
Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və
dövlət əmlakı dağıdıldı. SSRİ Prezidenti Mixail Qorbaçovun
göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı
həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə
yazılıb.
20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası
yaranmışdı, radio və televiziyanın enerji bloku silahlı hərbiçilər
tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa
qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq
idi.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğu
müstəqilliyə qovuşuldu və ölkə suverenlik əldə etdi. Bu qanlı
hadisələrdən illər keçsə də, Azərbaycan xalqı o müdhiş gecəni daim
xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar
faciəsi Azərbaycan respublikasında və dünyanın bir çox ölkəsində
hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Gürcüstanın əməkdar jurnalisti, foto-müxbir dünyanın nüfuzlu xəbər
agentliklərindən biri olan “Associated press”-in foto-muxbiri,
müharibə veteranı Şahvələd (Şax) Ayvazovun gözü ilə "Qara
Yanvar".