Üç aslan, üç dağ, qala və körpü – bu Marneuli bələdiyyəsinin
gerbində təsvir edilmiş simvollardır.
“Marneuli” radiosu heraldika üzrə mütəxəssis Davit Kldiaşvili ilə
əlaqə saxladı. O, Marneulinin gerbində təsvir edilmiş simvolların
nə demək olduğunu açıqladı. Onun sözlərinə görə, ümumiyyətlə,
gerblərə onun yaradıldığı ərazilərə məxsus simvollar daxil
edilir.
“Marneuli bələdiyyəsinin gerbinə yuxarıdan aşağı nəzər
salsanız, görərsiniz ki, orada üç aslan təsvir olunub, onun
aşağısında isə üç dağ simvolu var. Tarixən, Vaxuşti Baqrationi də
yazıb ki, Marneulidə və onun ərazilərində “Lomtaqora” adlı yer var
idi, gerbdə məhz bu təsvir olunub. Heraldikada belə qövslərlə dağ
təsvir olunub və ona görə üç dənədir ki, üç aslan var. Aslan dağı
deyil, aslanlar dağıdır. Heraldikada da belədir, fiqur ya bir, ya
üç olmalıdır və ona görə üç aslan təsvir olunub. Aşağıda körpü
təsvir olunub. Körpü ümumiyyətlə əlaqənin, münasibətin simvoludur.
Bu əlaqə xalqlar, müxtəlif ictimaiyyətlər, ölkələr, şəhərlər və s.
arasında ola bilər. Burada mədəni, iqtisadi əlaqələr də nəzərdə
tutulur. Körpünün qırmızı rəngdə olması isə, bilirik ki, Marneulidə
“Qırmızı Körpü” var və məhz buna görə gerbdə körpü qırmızı rəngdə
təsvir olunub. Marneuli gerbinin açıqlaması belədir. Ümumilikdə, üç
aslan və dağlar təsvir olunub. Bu isə Aslanlar dağından gəlir və
aşağıda əlaqələrin, münasibətlərin işarəsi olan körpü təsvir
olunub”, – Davit Kldiaşvili bildirdi.
Heraldika üzrə mütəxəssisin açıqlamasına görə, gerblərdə təsvir
edilmiş rənglərin müxtəlif əhəmiyyəti var. Rənglər ənənəvi rənglərə
uyğun olaraq təsvir olunmalıdır.
“Kartlinin bayrağında qırmızı rəng var idi. Ümumilikdə
dörd bayraq və hər birinin öz rəngi var. Görünür, qırmızı rəngli
bayrağa bu ərazi daxil idi və ona görə bu rəngdən istifadə olunub.
Ancaq körpü ilə bağlı, bunun “Qırmızı Körpüdən” irəli gəlməsi
təbiidir və ona görə qırmızı rəng seçilib.”
Gerbin yuxarı hissəsində qala təsvir olunub və şəhərin simvolik
tacıdır. Davit Kldiaşvilinin açıqlamasına görə, bu gerbin hansısa
şəxsə deyil, şəhərə məxsus olduğunu göstərir. Qüllələrin sayına
gəldikdə isə heraldika üzrə mütəxəssisin sözlərinə görə, bu şəhərin
və ya bələdiyyənin ərazi miqyaslarını göstərir. Onun sözlərinə
görə, Gürcüstanda Tbilisi, Kutaisi, Batumini istisna etsək,
şəhərlərin əksəriyyətinin eyni böyüklükdə olmasına görə, gerblərdə
təsvir olunmuş qüllələrin sayı da bütün bələdiyyələrdə demək olar
eynidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415