“Gürcü Arzusu”nun prezidenti Mixeil Kavelaşvili bu gün 613
məhkumun əfv olunmasına qərar verib.
Bu barədə qısa məlumat onun sosial şəbəkədəki şəxsi səhifəsində
yerləşdirilib. Əfv olunan şəxslər haqqında əlavə məlumat
verilmir.
Mixeil Kavelaşvilinin məhkumları əfv etməsi ilə bağlı “Qaxaria
Gürcüstan naminə” partiyasının üzvü Natia Mezvrişvili də açıqlama
verib və bu aktın məqsədinin repressiyalar üçün lazım olan “işçi
qüvvəsinin”
artırılması olduğunu qeyd edib.
“Biz kimin dahiliyindən danışsaq da, praktiki olaraq 20
gün ərzində 613 məhkumun fərdi işlərini və əfv risklərini öyrənmək
mümkün deyil. Xüsusən də söhbət baza təhsili olmayan de-fakto
prezidentdən gedirsə.
Bu qədər genişmiqyaslı əfv cinayət vəziyyəti və təkrar cinayətlərin
analizi olmadan mümkün deyil. Amnistiya məsələsində də analiz
təqdim olunmasını tələb etmişdik və təbii ki, təqdim edə
bilmədilər.
Küçələrdə qeyri-formal dolaşan maskalı şəxslərin olması və rejimin
“qanunsuzluğu” hökm sürən ölkədə əfv qərarının məqsədi yalnız
repressiyalar üçün zəruri olan işçi qüvvəsinin artırılması ola
bilər. Əgər məqsəd bu deyilsə, bəs
analiz haradadır
?” – Natia Mezvrişvili yazıb".