Kobaxidze: Gürcüstan prezidenti Mixeil Kavelaşviliyə əfv aktına görə təşəkkür etmək istəyirəm

"Gürcü Arzusu”nun Baş naziri İrakli Kobaxidze, partiyanın prezidenti Mixeil Kavelaşviliyə 613 məhkumun əfv edilməsi ilə bağlı təşəkkür edib.



Onun sözlərinə görə, belə bir əməkdaşlıq əvvəlki illərdə də mümkün olsaydı, çoxsaylı məhkumlarla bağlı bu cür humanist qərarlar daha erkən qəbul edilə bilərdi.

“Mən Gürcüstan prezidenti Mixeil Kavelaşviliyə əfv aktını imzaladığına görə təşəkkür etmək istəyirəm. Prezidentin bu qərarı
ilə 613 məhkum əfv edildi. Eyni zamanda, müvafiq qurumlara, nazirlərə, xüsusilə də Anri Oxanaşviliyə, Vaxtanq Qomelauriyə və digər strukturlara prezidentlə əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Bu, hökumətlə prezident arasında əməkdaşlığın necə olmalı olduğuna dair nümunədir. Gələcəkdə də sıx əməkdaşlığa hazırıq.

Əgər keçmiş illərdə də belə bir əməkdaşlıq mümkün olsaydı, çox güman ki, bu cür humanist qərarlar daha tez qəbul edilərdi. Amma gec olsa da, heç olmamasından yaxşıdır. Bu gün biz belə əməkdaşlıq imkanına sahibik və bu, bu cür addımlar atmağa şərait yaratdı.

Məhkumlara gəlincə, onlara cəmiyyətə tam hüquqlu şəkildə qayıtmalarını arzulayıram. Təbii ki, dövlət bu istiqamətdə hər şeyi edəcək,”
– deyə Kobaxidze bildirib.

Xatırladaq ki, yanvarın 19-da, “Gürcü Arzusu”nun prezidenti Mixeil Kavelaşvili, Xaç suyuna çəkmə bayramı ilə əlaqədar 613 məhkumun əfv edilməsi haqqında sosial şəbəkədə bəyanat yayımlayıb.

“Gürcüstan prezidentinin konstitusiyanın ona verdiyi eksklüziv səlahiyyətdən istifadəsi humanizm prinsipi və dövlət maraqlarına əsaslanır. Göstərilən humanist yanaşma sayəsində əfv olunan şəxslərə ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verildi,” – deyə bəyanatda qeyd olunub.

Əlavə məlumat hələ ki, məlum deyil. Bəyanatda əfvin hansı maddələrə aid olduğu göstərilməyib.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google