"Gürcü Arzusu”nun Baş naziri İrakli Kobaxidze, partiyanın
prezidenti Mixeil Kavelaşviliyə 613 məhkumun əfv edilməsi ilə bağlı
təşəkkür edib.
Onun sözlərinə görə, belə bir əməkdaşlıq əvvəlki illərdə də mümkün
olsaydı, çoxsaylı məhkumlarla bağlı bu cür humanist qərarlar daha
erkən qəbul edilə bilərdi.
“Mən Gürcüstan prezidenti Mixeil Kavelaşviliyə əfv
aktını imzaladığına görə təşəkkür etmək istəyirəm. Prezidentin bu
qərarı ilə 613 məhkum əfv edildi. Eyni zamanda, müvafiq qurumlara,
nazirlərə, xüsusilə də Anri Oxanaşviliyə, Vaxtanq Qomelauriyə və
digər strukturlara prezidentlə əməkdaşlığa görə təşəkkürümü
bildirirəm. Bu, hökumətlə prezident arasında əməkdaşlığın necə
olmalı olduğuna dair nümunədir. Gələcəkdə də sıx əməkdaşlığa
hazırıq.
Əgər keçmiş illərdə də belə bir əməkdaşlıq mümkün olsaydı, çox
güman ki, bu cür humanist qərarlar daha tez qəbul edilərdi. Amma
gec olsa da, heç olmamasından yaxşıdır. Bu gün biz belə əməkdaşlıq
imkanına sahibik və bu, bu cür addımlar atmağa şərait yaratdı.
Məhkumlara gəlincə, onlara cəmiyyətə tam hüquqlu şəkildə
qayıtmalarını arzulayıram. Təbii ki, dövlət bu istiqamətdə hər şeyi
edəcək,” – deyə Kobaxidze bildirib.
Xatırladaq ki, yanvarın 19-da, “Gürcü Arzusu”nun prezidenti Mixeil
Kavelaşvili, Xaç suyuna çəkmə bayramı ilə əlaqədar 613 məhkumun əfv
edilməsi haqqında sosial şəbəkədə bəyanat yayımlayıb.
“Gürcüstan prezidentinin konstitusiyanın ona verdiyi
eksklüziv səlahiyyətdən istifadəsi humanizm prinsipi və dövlət
maraqlarına əsaslanır. Göstərilən humanist yanaşma sayəsində əfv
olunan şəxslərə ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü
olmaq imkanı verildi,” – deyə bəyanatda qeyd
olunub.
Əlavə məlumat hələ ki, məlum deyil. Bəyanatda əfvin hansı maddələrə
aid olduğu göstərilməyib.