Marneulidə fəaliyyət göstərən “Yaşıl İnkişaf Qrupu – Kera” təşəbbüs
qrupu fotomüsabiqə elan edib.
Fotomüsabiqənin mövzusu suvarma suyudur.
“Sizi “Yaşıl İnkişaf Qrupu – Kera”-nın elan etdiyi
fotomüsabiqədə iştirak etməyə dəvət edirik. Müsabiqənin məqsədi
kəndlərdə suvarma suyu problemlərini işıqlandırmaqdır. Sizin
işləriniz bu məsələ ilə bağlı ictimaiyyətin maarifləndirilməsinə və
Marneulinin kəndlərində mövcud vəziyyəti daha yaxşı başa düşməyə
kömək edəcək”, –
“Kera”-nın bəyanatında deyilir.
“Sənin suvarma suyun” – Bu fotomüsabiqədə istənilən vətəndaş
iştirak edə bilər. Maraqlanan şəxslər 20 yanvar – 10 fevral 2025-ci
il tarixləri arasında təşkilatın
CLOAKING
elektron poçt ünvanına
fotoşəkilləri və foto haqqında məlumat göndərə bilərlər.
Müsabiqədə üç qalib elan olunacaq və onlar xüsusi mükafatlarla
təltif olunacaqlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415