Marneuli Bələdiyyəsinin Çanaxçı kənd sakinlərinə yeni quyunun
zədələnməsi səbəbindən 21 gündür ki, içməli su verilmir.
Merin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qiqol Atabeqyanın
“Marneuli” radiosuna verdiyi məlumata görə, bu müddət ərzində əhali
köhnə içməli su sistemindən istifadə edib. Yeni quyudan su çox
güman ki, həftənin sonuna kimi buraxılacaq.
Atabeqyanın sözlərinə görə, tikinti şirkətinin nümayəndəsi hadisə
yerinə
gəlib. Müəyyən edilib ki, qurğunun dəyişdirilməsinə ehtiyac
var. O, güman edir ki, bu yaxın günlərdə ediləcək.
“İnşaatçı əraziyə gəldi və hər şeyi yoxladı. Problem qurğudadır,
“Kənd Suları”-nın məlumatı var, dünən elektriklə danışdıq. Onlar bu
gün və ya sabah gələcəklər, düşünürəm ki, problem həll olunacaq”, –
Qiqol Atabeqyan bildirib.
“Marneuli” radiosu yanvarın 18-də, yeni ildən sonra kəndin yeni
içməli su sistemindən yararlana bilməyəcəyini öyrənəndən sonra
Çanaxçıdakı problemlə bağlı məqalə hazırlamışdı.
Marneuli meriyası 825 000 lariyə Çanaxçı kəndinə su xətti çəkdirib.
İşləri tenderin qalibi olan “Building Developer” MMC həyata
keçirib. Məbləğin 95 faizi dövlət, 5 faizi isə meriya tərəfindən
ayrılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415