Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Tbilisidə qeydiyyatdan
keçmiş 100 və daha yuxarı vətəndaşlar üçün mükafat
1000 lari əvəzinə 10 000 lari olacaq. O, bu barədə Tbilisi
hökumətinin iclasında bildirib.
“Bizim belə bir proqramımız var idi ki, adamın 100 yaşı
tamam olanda paytaxt meriyası onları 1000 lari mükafatla təltif
edirdi. Bu, illərdir belədir və biz qərara gəldik ki, mükafat 10
dəfə artacaq və yaşı 100 və daha yuxarı olan insanlar üçün 10.000
lari olacaq.
Ötən il 57 nəfər pul alıb. Onlardan 23-ü 100, 34-ü isə 101 və daha
yuxarı yaşdadır. Bu insanlara cansağlığı, uzun ömür
arzulayıram.
Pulu almaq üçün vətəndaş və ya onun nümayəndəsi Tbilisi meriyasının
Səhiyyə və Sosial Xidmətlər Departamentinə müraciət etməlidir.
Ərizəyə 100 yaşına çatmış şəxsin şəxsiyyət vəsiqəsi və son bir ildə
Tiflisdə fasiləsiz qeydiyyatı təsdiq edən Mülki Reyestr tərəfindən
verilmiş vətəndaş vəsiqəsi əlavə edilməlidir.
2025-ci ilə qədər bu proqramdan faydalanan yaşlılar artıq ərizə
yazmaq məcburiyyətində qalmayacaqlar və müavinət birbaşa onlara
hesablanacaq", - Kaladze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415