Marneulidə vətəndaşın müraciəti ilə 3 ağac budanıb
Marneuli şəhəri, Rustaveli və Qamsaxurdia küçələrinin kəsişməsində 3 ağac budanıb. “Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladzenin “Marneuli” radiosuna bildirdiyinə görə, ağaclar fiziki şəxsin yazılı müraciəti əsasında budanıb.

“Ağacın nəyəsə mane olması ilə bağlı ərizə daxil olarsa, o halda onu budayırıq”, – Leri Mumladze bildirdi.

Leri Mumladzenin sözlərinə görə, indiki mərhələdə şəhərdə kütləvi ağac budanması işlərinə başlamaq nəzərdə
tutulmur. O, bildirir ki, ötən illərdə təkrar budanma işlərinə adətən yanvarın ortalarında başlanırdı, bu il isə fevralın sonuna qədər işlər yekunlaşacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google