Marneuli Bələdiyyəsi 2025-ci ildə oxçuluq üzrə Gürcüstan
çempionatına ev sahibliyi edəcək.
Bu barədə məlumatı yerli idman məktəbi yayıb. Onların məlumatına
görə, 23-26 yanvar tarixlərində Gürcüstan Milli Oxçuluq
Federasiyası və Marneuli Bələdiyyəsinin İdman Məktəbinin
təşkilatçılığı ilə “Azərbaycan Evi” İdman Mərkəzində oxçuluq üzrə
2025-ci il Gürcüstan çempionatı keçiriləcək.
Çempionat 15 yaşadək, 21 yaşadək və 21+ olmaqla üç
yaş
kateqoriyasında Gürcüstanın müxtəlif şəhərlərindən oxçuların
iştirakı ilə keçiriləcək.
“Gürcüstan çempionatı 18 metr məsafəyə ox atmaqla,
zalda, “WORLD ARCHERY” (WA) Dünya Federasiyasının qaydalarına
əsasən keçiriləcək. Çempionat fərdi xarakter daşıyır, yalnız kişi
və qadın “klassik yay” kateqoriyalarında keçirilir. Qeyd edək ki,
çempionatda qızlar və oğlanlar kateqoriyasında finalçılar arasında
Marneuli bələdiyyəsində oxçuluq idman növünün yaradıcısı Qiorqi
Qordeziani kuboku təqdim olunacaq”, – Marneuli İdman
Məktəbindən bildiriblər.
Turnirin çempionları və mükafatçıları müvafiq keyfiyyətdə medallar,
diplomlar və pul mükafatları ilə təltif olunacaqlar.
- Birinci yer - 400
- İkinci yer - 300
- Üçüncü yer - 200
Qiorqi Qordeziani Kubokunun sahibi 2000 lari məbləğində pul
mükafatı ilə təltif olunacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415