Yük daşımalarından əldə olunan gəlir azalıb. Gürcüstan dəhlizindən
istifadə edən qoşquların sayı da azalıb.
Bunu Dövlət Xəzinədarlığının 2024-cü il üçün rəqəmləri sübut
edir.
Daha dəqiq desək, icmal büdcənin gəlirlərinə görə (konsolidasiya
olmadan) qoşquların daşınmasından 2024-cü ildə 179 milyon 432 min
915 lari, 2023-cü ildə isə 181 milyon 998 min 905 lari daxil
olub.
Müvafiq olaraq, 2024-cü
ildə büdcəyə yol ödənişlərindən əldə edilən
gəlir əvvəlki illə müqayisədə 2,565 milyon lari azalıb.
Cari maliyyə göstəricilərinə əsasən, 2024-cü ildə Gürcüstan
dəhlizindən 512 665 yük maşını, 2023-cü ildə isə 519 996 qoşqu
keçib.
Məlumat üçün bildirək ki, Gürcüstan sərhədində tranzit qoşqular
üçün yol haqqı 350 laridir. Bu tarif 20 iyun 2022-ci il tarixindən
qüvvədədir. Əvvəllər sürücülər 200 lari ödəməli idilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415