POG: Avropa kitabxanalarından kitab oğurluğuna görə həbs edilənlər məhkəmə tərəfindən təqsirli biliniblər

Prokurorluğun məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi təqdim olunan iddiaları tam qəbul edərək Avropa İttifaqı ölkələrindəki kitabxanalardan bahalı kitabların oğurlanması faktları ilə bağlı ittiham olunan 5 nəfəri təqsirli bilib.



Bəyanata əsasən, 3 nəfərə 5 il, birinə isə 4 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Digər bir ittiham olunan şəxslə isə prosessual razılaşma əldə
edilib və ona şərti cəza verilib.

"Məhkəmə prosesində araşdırılmış sübutlarla təsdiqlənib ki, 2022-ci ilin əvvəlindən Gürcüstan vətəndaşları mütəşəkkil cinayətkar qrup yaradaraq Avropada 19-cu əsrin müxtəlif müəlliflərinin bahalı kitablarını gizlicə ələ keçirmək və sonradan satmaq məqsədi ilə fəaliyyət göstəriblər. Bunun üçün mütəşəkkil qrup üzvləri saxta şəxsiyyət vəsiqələrindən, uydurma ad və soyadlardan istifadə edərək əsl kitabların əvəzinə əvvəlcədən hazırlanmış saxta nüsxələrlə əvəz ediblər. Cinayət planına görə, qrup üzvləri Fransanın, Almaniyanın, Latviyanın, Litvanın, Estoniyanın, İsveçrənin, Polşanın və Çexiyanın milli və universitet kitabxanalarından 19-cu əsr klassik yazarlarının kitablarını oxumaq üçün götürməli, gizlicə ələ keçirib onları yüksək keyfiyyətli surətlərlə əvəz etməli idilər.

Bu üsulla mütəşəkkil qrup üzvləri 2022-2023-cü illərdə Avropanın müxtəlif şəhərlərindəki kitabxanalardan yüz minlərlə avro dəyərində kitabları gizlicə mənimsəyiblər,"
– deyə bəyanatda qeyd olunur.

 

Mənbə: Publika
















 

Print Email
FaceBook Twitter Google