ABŞ-da TikTok-un milyonlarla istifadəçisi diqqəti tətbiqin Çinli
ana şirkəti ByteDance-ə ABŞ-da bir
alıcı ilə razılıq əldə etməsi üçün 75 gün möhlət verən yenicə
vəzifəsinin icrasına başlayan Prezident Donald Trampa yönəldib.
Prezident Donald Trampın bazar ertəsi and içərək vəzifəsinin
icrasına başlayandan sonra ilk addımları arasında sosial media
tətbiqi TikTok-un çinli sahibinə ABŞ-dan alıcı tapması, əks
təqdirdə isə
qadağan edilməsi üçün 75 günlük möhlət vermək barədə
sərəncam imzalaması oldu.
“
Düşünürəm ki, məndə TikTok-la bağlı isti hisslərim var ki,
əvvəlcə yox idi, amma sonra TikTok-a girdim və gənclərin 36%-nin
dəstəyini qazandım,” Prezident Donald Tramp bildirib.
Bu addım platformanın Pekində qərargahlanan sahibi ByteDance və
onun 170 milyon amerikalı istifadəçisi üçün taleyin son anda
dəyişməsi oldu.
ABŞ Ali Məhkəməsi TikTok-un ABŞ-dakı filialının ABŞ şirkətinə
çevrilməsini və ya milli təhlükəsizliklə bağlı narahatlıqlar
səbəbilə ölkədə qadağan edilməsini tələb edən qanunvericiliyi
təsdiq etdikdən sonra tətbiq qısa müddətə bağlanıb.
Amma Tramp möhlət müddətinin uzadılmasına dəstək siqnalı verməyə
başlayandan sonra bu dəyişib.
Trampın inaqurasiyasında qonaq qismində iştirak edən TikTok-un baş
icraçı direktoru Şou Çu cümə günü video formatda Trampa təşəkkür
edib.
“Biz platformamızı həqiqətən dərk edən, öz düşüncələrini və
perspektivlərini ifadə etmək üçün TikTok-dan istifadə edən bir
prezidentin dəstəyinə görə minnətdarıq və məmnunuq,” TikTok-un baş
icraçı direktoru Şou Çu deyib.
Ancaq hüquq üzrə bəzi ekspertlər deyir ki, Trampın vaxtı uzatması
TikTok-u bulud xidmətləri ilə təmin edən Oracle kimi şirkətləri
qorumaya bilər, çünki Konqresin tətbiq etdiyi qanun hələ də
qüvvədədir.
“
Bu, tamamilə mümkündür və mən şübhələnirəm ki, Oracle
səhmdarları və bəzi hüquqşünaslar hazırda bu barədə düşünürlər,
olduqca mümkündür ki, son 48 saat ərzində Oracle özünü potensial
olaraq yüz milyardlarla dollar məsuliyyətə açıb və Trampın bu
məsuliyyəti aradan qaldırmaq üçün edə biləcəyi heç nə
yoxdur,” Minnesota Universitetinin Hüquq Məktəbindən Alan
Rozenşteyn deyir.
Trampın bu addımı onun vəzifədəki ilk müddəti ilə kəskin ziddiyyət
təşkil edib. Belə ki, həmin zaman o, TikTok-un ABŞ istifadəçiləri
ilə bağlı məlumatları Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı
iddialar səbəbilə tətbiqi qadağan etmək istəyirdi.
Bazar ertəsi müxbirlərin suallarını cavablandıran Tramp yeni bir
həll yolu irəli sürüb: şirkətin yarısına ABŞ hökumətinin sahib
olması.
“Mən ABŞ-ın TikTokun 50 fazini aldığı, ona çox və ya az
nəzarət edə biləcəyi bir razılıq əldə etmək ehtimalının olduğunu
düşünürəm… bu onlardan asılıdır,” o deyib.
Konqres başda TikTok-a ABŞ-da alıcı tapması üçün 270 gün versə də,
satışla bağlı işərin aparıldığına dair heç bir işarə olmayıb.
“Məncə, onların buna icazə verməməsi Çin hökumətinin bu proqramı
olduğu kimi saxlamaqda real milli təhlükəsizlik maraqlarının
olduğuna işarədir ki, bu, bizi həqiqətən narahat etməlidir və
Konqresin bu qanun layihəsini qəbul etməsi üçün əsl təkan olduğunu
vurğulayır,” Tərəqqi Palatasının baş icraçı direktoru Adam
Kovaveviç deyib.
TikTok-a əlavə 75 gün verilib, amma Trampın dəstəyinə baxmayaraq,
şirkətin gələcəyi hələ də sual altındadır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415