Azərbaycan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ardınca
Rusiyanın “Rossotrudniçestvo” agentliyinin fəaliyyətinin
dayandırılmasına qərar verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan
Hacızadənin Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan
ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın
sualına cavabda deyib ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı
nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus
Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və
təşkilatın Azərbaycan qanunvericiliyini
ciddi şəkildə pozduğu
barədə Rusiya tərəfinə məlumat verildikdən sonra fevralın 3-də “Rus
Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota
göndərilib.
“Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin
fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək,
Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata
keçirilməsi gözlənilir”, o qeyd edib.
Öz növbəsində “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov
“Rossiya-24” telekanalına bildirib ki, Azərbaycan
“Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam
verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi
bildiriş göndərib.
“Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi"
kimi tanınan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yerli
qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”,
Primakov vurğulayıb.
Onun sözlərinə görə, Bakıdakı “Rus Evi” icarəyə götürdüyü binanı ay
yarım ərzində tərk etməlidir.
“Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb”,
Primakov qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın “Baku TV” internet
televiziyası “Rus Evi”ni “Azərbaycanda dini və separatçı toxumları
səpməyə çalışan şəxslərin, daha doğrusu agentlərin yuvası” kimi
təqdim edib. Bundan onra “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni
Primakov bu televiziyanı məhkəməyə verməklə hədələyib.
“Rossotrudniçestvo”nun Azərbaycanda nümayəndəliyi (Rus Evi) 3 iyul
1997-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanmış sazişə uyğun
olaraq yaradılıb.
Rəsmi məlumata görə, mərkəz Rusiyanın Azərbaycandakı diplomatik
nümayəndəliyinin rəhbərliyi altında fəaliyyət göstərir.
Mərkəzin əsas fəaliyyət istiqamətlərinə rus mədəniyyətinin, elminin
və təhsilinin təbliği, rus dilinin möhkəmləndirilməsi, həmvətənlərə
dəstək, gənclərin layihələri, beynəlxalq inkişafa yardım, tarixi və
xatirə tədbirləri daxildir. Mərkəz həmçinin Rusiya Hökumətinin
kvotasına əsasən xarici vətəndaşlar üçün Rusiya ali məktəblərinə
qəbul müsabiqəsinin birinci mərhələsinin həyata keçirilməsinə
cavabdehdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415