Rustavi Metallurgiya Zavodunun işçiləri tətilə başlayıblar.
Hazırkı məlumata görə, 400-dən çox işçi tətil edir.
Tələblər bir ay əvvəl işdən çıxarılanların işlərinə bərpa olunması
və maaşlarının gördükləri ağır işə uyğun gəlmədiyi üçün maaşlarının
500 lari artırılmasıdır.
İşçilərin dediyinə görə, onlar bu tələbi bir ay əvvəl rəhbərliyə
ünvanlayıblar və bir həftə əvvəl müraciətləri təmin olunmasa,
tətil
edəcəkləri barədə yazılı məlumat verilib.
“Gecə-gündüz ərimiş poladın yanına gedəndə bilmirsən nə
vaxt sənin üstünə töküləcək, bir insan belə bizə fikir vermir. Bir
şey olmalıdır, şərait yaxşılaşmalıdır”, – Pirveli
TV-yə zavodun əməkdaşlarından biri bildirib.
"Onlar bizim əməyimizdən milyonlarla pul qazanırlar. Nə
üçün bizim yemək, çörək pulu, banka ödəmək üçün minimumumuz
olmasın? Çıxırıq və bizi burada qorxudurlar”, – digər
biri deyib.
İşçilər onu da bildiriblər ki, rəhbərlik onlarla görüşmür, mühafizə
xidməti 1 saat ərzində işə qayıtmasalar, məhkəməyə veriləcəklərini
deyirlər.
“Publika” Rustavi Metallurgiya Fabriki ilə əlaqə saxlamağa çalışır.
Onlardan cavab alındıqdan sonra material yenilənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415