Fevralın 7-də Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir
düşmüş,
saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə
idarələrarası Komissiyasının nümayəndələri görüşüb.
Azərbaycan komissiyasının məlumatına görə, görüş iki ölkənin dövlət
sərhədində gerçəkləşib.
"Görüşdə itkin düşmüş şəxslərin taleyinin
müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və
komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam
etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda
bildirilir.
Azərbaycan tərəfinin açıqlamasına görə, İkinci Qarabağ
müharibəsində itkin düşmüş şəxs kimi onlardan altı hərbçi
qeydiyyata düşüb.
Həmin müharibə ilə bağlı Ermənistan tərəfindən itkinlərin sayı 215
açıqlanmışdı.
Ermənistan Nazirlər Kabinetinin hesabatına görə, Birinci Qarabağ
müharibəsi nəticəsində onlardan və Qarabağın erməni mənşəli
sakinlərindən 777 şəxs itkin düşüb.
Azərbaycan tərəfi isə Birinci Qarabağ müharibəsində 3977 şəxsin
itkin düşdüyünü, onlardan 1673-nün azad edildiyini açıqlayıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində yenidən alovlanan Qarabağ münaqişəsi
sonradan Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara
səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal
edilib. 16 illik atəşkəsdən sonra, 2020-ci ildə 44 günlük müharibə
nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə
nəzarətini bərpa edib.
2023-cü il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror
tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi
dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının
şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan
Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox
liderləri saxlanaraq Bakıya gətirilib.
Azərbaycanla Ermənistan arasında hazırda sülh danışıqları davam
edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415