Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası
"Traktor" və
"Persepolis"
komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarlarla bağlı
bəyanat yayıb.
Komissiya bu cür şüarları pisləyərək, bu davranışların
təşkilatçılarına qarşı ciddi tədbirlərin görülməsini tələb
edib.
Bəyanat Şərqi Azərbaycan Vəkillər Kollegiyasının Instagram
səhifəsində və Vokalapress saytında yayımlanıb.
Sənəd azərbaycanlı şair Bulud Qaraçorluya aid millətlərin
bərabərliyini ifadə edən bir şeirlə başlayıb və
irqçiliklə etnik
ayrı-seçkiliyə qarşı mübarizənin vacibliyi vurğulanıb. Bildirilib
ki,
“irqçilik, etnik ayrı-seçkilik və etniklərə, eləcə
də fərqli mədəniyyətlərə qarşı hər cür təhqir fundamental insan
haqlarına zidd olmaqla yanaşı, İran İslam Respublikasının üzərinə
götürdüyü beynəlxalq və daxili qanunlara da
ziddir.”
Komissiya idman yarışlarında belə halların əvvəllər də baş
verdiyini xatırladaraq, hüquqi və mədəni cəhətdən təsirli
tədbirlərin görülməməsini tənqid edib.
“İrqçiliyin
cəmiyyətin dərin qatlarında kök saldığı” vurğulanaraq,
problemin həlli üçün
"ali səviyyələrdə qərar qəbul edən
qurumların tərəfindən mədəniyyət və təhsil siyasəti sahəsində
hazırkı yanaşmaların dəyişdirilməsinə" ehtiyac olduğu
bildirilib.
Bəyanatda İran İslam Respublikası Konstitusiyasının 19 və 20-ci
maddələrinə, Cinayət Məcəlləsinə və irqi ayrı-seçkiliyin qarşısının
alınması ilə bağlı beynəlxalq sənədlərə istinad edilərək, bu
qanunların düzgün icra olunmaması və ya tamamilə icra edilməməsi
tənqid edilib.
Bəyanatda qeyd olunub ki, "Sərvət və imkanların ədalətsiz
bölüşdürülməsi, praktik olaraq, bəzi etnik qrupların digərləri
üzərində üstünlük əldə etməsinə və irqi ayrı-seçkiliyin
genişlənməsinə şərait yaradır."
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası
bəyanatın sonunda İran məhkəmə orqanları, İdman Nazirliyi, İran
Futbol Federasiyası və Futbol Liqası Təşkilatı daxil olmaqla
aidiyyəti qurumlardan konkret hüquqi tədbirlər görmələrini tələb
edib. Sənəddə beş maddədən ibarət tələblər irəli sürülüb.
Komissiya, "Persepolis" klubunun azarkeşlərinin irqçi şüarlarına
mane olmamasına görə klub və məsul şəxslərin cəzalandırılmasını,
günahkar azarkeşlərin müəyyən edilərək cəzalandırılmasını,
"Persepolis" klubundan gələcəkdə bu cür hərəkətlərin
təkrarlanmayacağına dair məcburi öhdəliklər alınmasını, yarışın
təşkilatçılarına qarşı tədbirlər görülməsini, eləcə də İran dövlət
televiziyasının ayrı-seçkilik siyasətinin dayandırılmasını və etnik
qruplara qarşı hörmət mədəniyyətinin təşviq olunmasını tələb
edib.
İran Premyer Futbol Liqasının oyunları çərçivəsində yanvar ayında
Tehranın Azadi stadionunda "Traktor" - "Persepolis" komandaları
arasında keçirilən oyun zamanı meydan sahibi komandanın azarkeşləri
türklərə qarşı irqçi şüarlar səsləndiriblər. Bu isə ölkədəki türk
icması arasında ciddi narazılıq yaradıb.
Oyun bitdikdən sonra "Traktor" klubu bəyanatında və icraçı
direktoru açıqlamasında bildirib ki, daxili qurumlar müvafiq
tədbirlər görmədiyi təqdirdə məsələni FIFA-ya çıxaracaq.
Bu hadisədən təxminən iki həftə keçməsinə baxmayaraq, İranın futbol
qurumları hələ də yaranmış qalmaqalla və "Traktor" klubunun
şikayəti ilə bağlı heç bir qərar verməyib və açıqlama yaymayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415