"Onore" restoranında atışma baş verib

Dünən, Tbilisidə, Konstitusiya küçəsində yerləşən "Onore" restoranında atışma baş verib.



Şahidlərin "Formula"ya verdiyi məlumata görə, atışmadan əvvəl mübahisə yaşanıb. Onların sözlərinə görə, restoranda iki dəfə atəş açılıb. İlkin məlumata görə, atışma nəticəsində xəsarət alan olmayıb.

Şahidin sözlərinə görə, insidentə 10-dan çox insan qarışıb. Hadisə təxminən
saat 23:00-dan sonra baş verib.

Hadisə yerinə polis cəlb olunub. "Formula" hadisənin detalları barədə əlavə məlumat əldə etməyə çalışır. Yeni məlumatlar əldə olunduqda xəbər yenilənəcək.


Mənbə: Formula


 

Print Email
FaceBook Twitter Google