Saqarecoda 38 yaşlı kişini öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb

Gürcüstan Prokurorluğu Saqarecoda 38 yaşlı Qiorqi Peikrişvilini qəsdən öldürməkdə ittiham edilərək həbs edilən 41 yaşlı Qiorqi Kurdovanidzeyə qarşı ittiham irəli sürüb.


“İstintaq müəyyən edib ki, fevralın 7-də Saqareco bələdiyyəsinin kəndlərindən birində təqsirləndirilən şəxs qisas məqsədilə bir nəfəri güllələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi fevralın 8-də saxlayıblar", - prokurorluğun məlumatında deyilir.

Bu ifadəyə əsasən, istintaq orqanı təqsirləndirilən şəxs
barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Fevralın 7-də Qiorqi Peikrişvilinin cəsədi Saqarecodan təxminən beş kilometr aralıda yerləşən Antok kəndində yaşayış olmayan ərazidə tapılıb. Qurbanın atası İoseb Peikrişvili jurnalistlərə bildirib ki, qətlin motivi böyük fikir ayrılığı olub, lakin o, nəyin olduğunu açıqlamayıb.

"Cəsədi bir çoban tapdı. Mənə dedilər ki, onu maşında öldürüb, sonra ora atıblar. Oğlum fevralın 7-də saat 14:00-da evdən çıxıb. Yəqin ki, onu öldürən şəxslə az sonra görüşüb. Xəbəri saat 16:00-da bizə bildirdilər. O, ürəyindən güllələnib. Başqa heç nə bilmirik", - İoseb Peikrişvili deyir.

Qətldə ittiham olunaraq həbs edilən Qiorqi Kurdovanidze Saqareco meriyasının İqtisadi İnkişaf və Əmlakın İdarə Edilməsi Xidmətinin əməkdaşıdır. Saxlanılan şəxsin ailə üzvləri mediaya açıqlama vermir. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin 108-ci maddəsi və 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq silah əldə etmə və saxlama) ilə istintaq aparılır. Cinayət 10 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.

 

Print Email
FaceBook Twitter Google