Co Vilson sanksiya tətbiq edilməyə çağırdığı gürcü hakim və prokurorlarının siyahısını dərc edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı nümayəndəsi Co Vilson sanksiya tətbiq etməyə çağırdığı gürcü hakim və prokurorlarının siyahısını dərc edib.


"İvanişvili rejiminin bütün əsirləri və siyasi məhbusları azad edilməlidir! Bu qəddar repressiyada iştirak edən bütün hakimlər və prokurorlara qarşı sanksiyalar tətbiq olunmalıdır!", - amerikalı konqresmen özünün "X" səhifəsində yazıb.



Onun postuna üç siyahı əlavə olunub. “Gürcü
Arzusunun məhbusları” adlı birinciyə Co Vilsonun siyasi ədalətin qurbanı hesab etdiyi 52 nəfər daxildir. Digərləri ilə yanaşı, siyahıda aktyor Andro Çiçinadze, jurnalist Mzia Amağlobeli və Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşvili də var.

Digər iki siyahıda isə “İvanişvilinin qanunsuz göstərişlərini yerinə yetirərək insan hüquqlarını və Gürcüstan Konstitusiyasını pozan bu şəxslərin işlərində iştirak edən hakimlər və prokurorlar” var.

Bu siyahılara 19 gürcü hakim və 18 prokuror daxildir.

"Azad və ədalətli seçkilər yeganə həll yoludur!" - Konqresmen Vilson yazının sonunda yazır.

 

Print Email
FaceBook Twitter Google