Prokurorluq fevralın 8-də dövlət maraqlarının pozulması və
təxribatla bağlı istintaqa başlanıldığını açıqlayıb.
Daha dəqiq desək, agentlik yazır ki, fevralın 8-də Gürcüstanın
dövlət maraqlarını pozmaq məqsədi ilə təxribat, təxribat cəhdi və
xarici təşkilata və xarici nəzarət altında olan təşkilata
Gürcüstanın dövlət maraqlarını pozmaq məqsədi ilə yardımın
ağırlaşdırıcı halları ilə bağlı cinayət məcəlləsinin 318-ci
maddəsinin 1-ci hissəsi, 2-ci
və 31-ci bəndləri ilə istintaq
açılıb. Sözügedən maddələrə görə 5 ildən 10 ilədək və 7 ildən 15
ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Agentliyin məlumatına görə:
“Cinayət işinin başlanmasına “Vahid Neytral Gürcüstan” ictimai
hərəkatının nümayəndələrinin Gürcüstan Baş Prokurorluğuna təqdim
etdikləri bəyanatda əsaslanıb ki, onlar ölkədə son illərdə, xüsusən
də son dövrlərdə baş verən hadisələrlə bağlı daxili və xarici
aktorların hərəkətlərinin Gürcüstan dövlətinin təhlükəsizliyinə və
konstitusiyasına qarşı təhdid və Gürcüstan dövləti konstitusiyasına
qarşı yönəlmiş bir sıra hərəkətləri aşkara çıxardığını və qeyd
ediblər”.
“Vahid Neytral Gürcüstan”ın rəhbəri Vato Şakarişvilidir.
Agentlik bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər
Nazirliyi “Müvafiq tədbirlərin səmərəli həyata keçirilməsi və
hərtərəfli, tam və obyektiv istintaqın aparılması məqsədilə”
prokurorluqla birlikdə faktla bağlı araşdırma aparır.