Azərbaycandan Gürcüstana dəmir yolu ilə sərnişindaşıma BƏRPA OLUNACAQ?
Mart ayından etibarən Azərbaycan və Rusiya arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacaq.

Bu iddia ilə Gununsesi.info saytı məlumat yayıb.

Məlumata görə, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

Həmçinin qeyd olunur ki, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən istifadəyə veriləcək.

Bəs görəsən, sözügedən məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb:

"Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı
ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir".

Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından quru sərhədlər bağlıdır. Azərbaycanda xüsusi karantin rejiminin müddəti Azərbaycanın Baş Nazir Əli Əsədov sərəncamı ilə 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google