Mart ayından etibarən Azərbaycan və Rusiya arasında dəmiryolu ilə
sərnişindaşıma bərpa olunacaq.
Bu iddia ilə
Gununsesi.info saytı məlumat yayıb.
Məlumata görə, hər iki ölkənin müvafiq qurumları arasında bununla
bağlı razılıq əldə olunub.
Həmçinin qeyd olunur ki, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı
qatarı yenidən istifadəyə veriləcək.
Bəs görəsən, sözügedən məlumatlar nə dərəcədə həqiqəti əks
etdirir?
Məsələ ilə bağlı
Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir
Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı
Bəxtiyar Hacıyev deyib ki, hazırda Azərbaycanın quru sərhədləri
bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb:
"Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə
Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru
sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə
sərnişindaşıma həyata keçirilmir".
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı
2020-ci ilin martından quru sərhədlər bağlıdır. Azərbaycanda xüsusi
karantin rejiminin müddəti Azərbaycanın Baş Nazir Əli Əsədov
sərəncamı ilə 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415