Fəal və “Daitove” Facebook qrupunun təsisçisi Nensi Voland
(Kristine Botkoveli) hakim Zviadi Tsekvava 5000 lari
cərimələyib.
O, yanvarın 26-da keçirilən etiraz aksiyasında İnzibati Xətalar
Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsini pozmaqda, yəni yolu
bağlamaqda ittiham olunub.
Nensi Voland qərarı "ədalətsiz" adlandırıb. O bildirib ki, Daxili
İşlər Nazirliyi məhkəmə iclasında onun Rustaveli prospektində
dayandığını əks etdirən videogörüntülər təqdim
edib, baxmayaraq ki,
həmin vaxt Rustaveli prospekti artıq bağlanmışdı.
"Yanvarın 26-da dostlarımla səkidə dayanmışdım.
Təxminən axşam saat 20:20-də yürüş iştirakçıları Rustaveli
prospektinə gəlib yolu bağladılar. Video görüntüm axşam saat
21:06-da bağlanmış Rustaveli prospektində dayanarkən çəkilib.
Məhkəmə iddia edir ki, mən artıq bağlanmış yolu bir daha
bağlamışam", - Nensi Voland deyib.
Onun sözlərinə görə, heç bir hüquq-mühafizə orqanı əməkdaşı ona
mümkün qanun pozuntusu ilə bağlı xəbərdarlıq etməyib.
"Yolu bağlamaq üçün neçə nəfərin kifayət etdiyini
təkbaşına təxmin edə bilməzdim."
Nensi Voland müvafiq sənədlər təqdim edildikdən sonra qərardan
şikayət edəcək.
Avropayönlü etirazlar zamanı inzibati qaydada həbs edilən və
döyülən nümayişçilərin işlərinə ən çox altı hakim baxır: Koba
Çaqunava, Lela Mildenberqer, Lela Tsaqareişvili, Zviad Tsekvava,
Nino Enukidze və Manuçar Tsatsua. Estoniya dekabrın 16-da altı
hakimin hamısına sanksiya tətbiq edib.
Artıq 75-ci gündür ki, Gürcüstanda yeni seçkilərin keçirilməsi və
etirazlar zamanı həbs olunanların azadlığa buraxılması tələbi ilə
Avropayönlü etirazlar davamlı olaraq keçirilir. Vətəndaşlar
həmçinin “Gürcü arzusu”nun 2024-cü il noyabrın 28-də qəbul etdiyi
qərara etiraz edirlər - həmin qərara görə Avropa İttifaqı ilə
üzvlüklə bağlı danışıqların başlanması məsələsi artıq növbəti 4 il
ərzində gündəmə gətirilməyəcək.
Son iki ay ərzində polis çoxsaylı etiraz iştirakçılarına, o
cümlədən prosesi işıqlandıran jurnalistlərə hücum edib. Onların heç
biri indiyədək həbs edilməyib.
30 dekabr 2024-cü ildən yolun bağlanmasına görə cərimələr artıb. Bu
aksiyada iştiraka görə inzibati cərimə 500 laridən 5000 lariyə,
onun təşkilinə görə isə 5000 laridən 15000 lariyə yüksəldilib.