Rusiya Federasiyası Dövlət Dumasının deputatı Nikolay Valuyevin
Azərbaycanın ünvanına təhqiramiz ifadələri ilə əlaqədar onun adı
Azərbaycan Respublikasına girişi
qadağan edilmiş şəxslərin siyahısına daxil edilib. Bu barədə
Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadənin şərhində
deyilir.
"Anti-Azərbaycan mövqeyi ilə əlaqədar bu deputatın
Azərbaycana girişinə qadağa qoyulub", - deyə XİN
nümayəndəsi bildirib.
Bu, Rusiya Dövlət Dumasının deputatlarının
“arzuolunmaz
şəxslər” siyahısına daxil
edilməsi üzrə ilk hal deyil,
deyə o xatırladıb. Bundan əvvəl Rusiya Federasiyası Federal Məclisi
Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin
Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy
Milonov da Azərbaycanda
"arzuolunmaz şəxs" kimi
müvafiq siyahıya daxil edilib.
"Bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası
olan "Vahid Rusiya" (Yedinaya Rossiya) partiyasının
üzvləridir", - deyə Hacızadə qeyd edib.
Bir müddət əvvəl Valuyev Azərbaycan hakimiyyətinin ölkədə Rus
Evinin fəaliyyətinin dayandırılması haqqnda qərarından narazılığını
bildirib və deyib ki, "Moskvanın bu cür hücumlara cavabı analoji
olmalıdır".
Onun fikrincə, cavab tədbirləri azərbaycanlıların diaspor
təşkilatlarını əhatə etməlidir.
O, öz Telegram kanalında bildirib ki, sakitcə, dövlət daxilində
siyasi dəstək və güc dəstəyi ilə, söyüşsüz və qışqır-bağırsız
"bütün bu gədə-güdəni qanun ələyindən keçirmək"
lazımdır.
Mənbə:turan.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415