Marneuli merinin kəndində suvarma kanalının tikintisi layihəsini dəstəkləyiblər
Marneuli meri Kənan Ömərovun kəndində ümumi yığıncaq keçirilib. Sabirkənddə suvarma kanalının çəkilməsini dəstəkləyiblər.

Kənd toplantısı məktəb ərazisində keçirilib. Kəndlərə dəstək proqramı çərçivəsində Sabirkənd üçün 20 000 lari ayrılıb. Lakin bələdiyyə birgə maliyyələşdirmə yolu ilə də layihəni həyata keçirə bilər. Toplantıda meydanın təşkili də prioritet kimi müəyyən edilib.

Bu gün, 10 fevral 2025-ci il “Kəndlərə Dəstək
Proqramı” çərçivəsində görüşlər başlayıb. Kənd ümumi yığıncaqları Sabirkənd, Algeti, Təzəkənd, Qasımlı, Ağməməmmədli, Quşçu, Qaçağan, Təkəli və Xancığazlıda keçiriləcək.

Bu il Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan Marneuliyə 1 232 000 lari ayrılıb. Kəndlərə məbləğ əhalinin sayına uyğun olaraq bölünüb. Hər kənd üçün minimum məbləğ 10 000, maksimum isə 20 000 laridir.

Maliyyələşdiriləcək layihələrin siyahısı da müəyyən edilib ki, bu da əvvəlki illərdən fərqli olaraq ictimai nəqliyyatı da əhatə edir.

Prioritetlərin seçilməsi məqsədilə fevralın 10-dan 21-dək əhali ilə görüşlər keçiriləcək. Bələdiyyədə yaradılmış üç işçi qrupu əhali ilə görüşlər keçirəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google