Azərbaycan
"Sputnik-Azərbaycan" və
BBC
News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq.
Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə
istinadən bildirib.
Bakı Azərbaycanın xaricdəki dövlət nəşrlərinin və Azərbaycandakı
xarici jurnalistlərin iş şəraitinin balansını bərpa etmək
niyyətindədir.
"Sputnik
Azərbaycan"ın əməkdaşlarının sayı AZƏRTAC agentliyinin
Rusiyadakı jurnalistlərinin sayına bərabərləşdiriləcək- 1 nəfərə
qədər. Eyni şey BBC Azərbaycancaya da aid olacaq, adı açıqlanmayan
mənbə bildirib.
Mənbə: turan.az