Rusiya ilə uğurlu məhbus mübadiləsindən sonra ABŞ Prezidenti Donald
Tramp çərşənbə günü Ukrayna münaqişəsinə son qoymaq üçün çoxtərəfli
diplomatik həmləyə başlayıb.
O deyib ki, yaxında Rusiya lideri ilə görüşəcək və cümə günü
Ukrayna lideri ilə görüşmək üçün vitse-prezidentin başçılıq etdiyi
komanda göndərəcək.
Prezident Donald Tramp Rusiyanın təxminən üç ildir davam edən hərbi
müdax
iləsinə son qoymaq məqsədi ilə diplomatik həmlə etdiyi bir
vaxtda, ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməsi üçün şərtlərini
irəli sürüb.
“Beləliklə, biz pulumuz qarşılığında zəmanət alırıq. Biz pulumuz
qarşılığında – onların nadir torpaqları, nefti və qazı və başqa çox
şeyləri var ki, onları zəmanət olaraq alacağıq. Və biz pulumuza
zəmanət istəyirik…… Onlar buna razılaşıb. Ukrayna buna razılaşıb.
(Jurnalist: Artıq Ukraynaya yardım göndərmirsiniz?) Yox,
Göndəririk. Amma onun qarşılığında zəmanət istəyirik və bu pul
qarşılığında zəmanət veriləcək,” - o deyib.
Çərşənbə günü Konqresə təqdim edilən yeni hesabata əsasən, ABŞ
qanunvericiləri 2022-ci ilin fevralından bəri Ukraynaya təxminən
183 milyard dollar dəyərində hərbi və qeyri-hərbi yardımı
təsdiqləyiblər. 40 milyard dollardan bir qədər az vəsait hələ də
qalır.
Trampın şərhləri onun rusiyalı və ukraynalı həmkarları ilə telefon
danışıqları aparmasından sonraya təsadüf edib. Ukrayna Prezidenti
Volodimir Zelenski Trampla “uzun” söhbətinin olduğunu
təsdiqləyib.
Zelenski çərşənbə axşamı potensial iqtisadi sövdələşməni müzakirə
etmək üçün ABŞ-ın yeni maliyyə naziri ilə görüşündə Ukraynanın sülh
planındakı yeganə tələbini vurğulayıb – Ukraynanın NATO-ya üzv
olması və təhlükəsizlik zəmanətlərinə ehtiyac.
"Və mən prezident Trampdan istəmişəm ki, bizə bu təhlükəsizlik
zəmanətlərini versin, Ukraynaya kömək etsin, bizi gücləndirsin.
Əlbəttə ki, biz Avropa ilə danışmalıyıq, çünki bizim daha da böyük
ordumuz olmalıdır. İndi bizim büdcə kəsirimiz var, amma daha da
böyük, ən azı indiki qədər böyük orduya sahib olmaq, onu
qidalandırmaq və silahlandırmaq böyük resurs tələbedir. Bu pul
hardansa gəlməlidir. Bunlar təxmini təhlükəsizlik
zəmanətləridir,” - Ukrayna Prezidenti Volodimir
Zelenski deyib.
Tramp həmçinin deyib ki, o, “çox uzaq olmayan gələcəkdə” Səudiyyə
Ərəbistanında Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
O, Moskvanın amerikalı müəllim Mark Fogeli kibercinayətkarlıqla
məşğul olan Rusiya vətəndaşı ilə dəyişmək qərarının müharibəni
bitirmək üçün danışıqlara yaxşı yol açacağına ümid etdiyini
bildirib.
Kreml məhbus mübadiləsi ilə bağlı bunu deyib:
"Təbii olaraq, bu cür razılaşmalardan əvvəl çox, çox
ciddi danışıqlar aparılır. Və təbii ki, bu cür razılaşmaların dönüş
nöqtəsi ola bilmək ehtimalı azdır, lakin eyni zamanda, bunlar indi
ən aşağı nöqtədə olan (Rusiya və ABŞ arasında) qarşılıqlı etimadın
yavaş-yavaş yaradılması üçün müəyyən addımlardır,” -
Dmitri Peskov bildirib.
Fransadan Almaniyaya səfər edən Vitse-prezident JD Vans cümə günü
Münhendə Zelenski ilə yüksək səviyyəli danışıqlarda ABŞ-ın
nümayəndə heyətinə rəhbərlik edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415