Fevralın 14-də hakim Levan Kolbaia Mzia Amağlobelinin vəkillərinin
həbs qətimkan tədbirinin - həbsin ləğvi ilə bağlı vəsatətini
qəbuledilməz elan edib.
Vəkillər hakimin Mzia Amağlobelini nə üçün azad etməli olduğu bir
neçə halı, o cümlədən saxtalaşdırılan inzibati həbs protokolunun
olmasını qeyd ediblər.
Prokurorlar Vladimir Turmanidze və Tornike Qoqeşvili həbs qətimkan
tədbiri seçilərkən Mzia Amağlobelinin saxta inzibati
həbs protokolu
əsasında həbs edilməsini xahiş edib, hakim Nino Nameşvili isə saxta
sənədə əsaslanıb:
Mzia Amağlobelinin inzibati həbs protokoluna əsasən, o, polis
əməkdaşlarını təhqir etdiyinə görə saxlanılıb [Gürcüstan Cinayət
Məcəlləsinin 173-cü maddəsi], lakin “Batumelebi”nin lentə aldığı
video bu iddianın yalan olduğunu sübut edir.
Batumi polis rəisi İrakli Dqebuadze deyir ki, Mzia Amağlobeli
stiker yapışdırdığına görə İnzibati Xətalar Məcəlləsinin 150-ci
maddəsinə əsasən həbs edilib. Bu maddədə həbs qətiyyən nəzərdə
tutulmur.
Bundan əlavə, Mzia Amağlobeli həbsi zamanı nəinki polisi təhqir
etmir, hətta ümumiyyətlə heç nə demir.
13 fevral 2025-ci ildə Mzia Amağlobelinin vəkilləri həbs qətimkan
tədbirinin ləğvi üçün Batumi Şəhər Məhkəməsinə vəsatət
qaldırıblar.
Hakim Levan Kolbaia Mzia Amağlobelinin vəkillərinin vəsatətini
qəbuledilməz hesab etdiyi üçün o, bu vəsatəti iclasda nəzərdən
keçirməyəcək. Vəkillər Batumi Şəhər Məhkəməsinin bu qərarından
Apellyasiya Məhkəməsinə şikayət edəcəklər.
“Bu, Mzia Amağlobeliyə qarşı növbəti qanunsuz və
əsassız məhkəmə qərarıdır. Onun həbsinə haqq qazandırmaq üçün heç
bir əsas yoxdur. Bu qərarlarla Gürcüstan məhkəmə sistemi öz
qanunsuzluq tarixini yazır”, - deyə Mzia
Amağlobelinin vəkilləri Nona Kurdovanidze, Qiorqi Ximşiaşvili və
Maia Mtsariaşvili bildiriblər.
Mzia Amağlobeli "Batumelebi" və "Netgazeti" nəşrlərinin
təsisçisidir. O, həbsinə etiraz olaraq 34 gündür aclıq aksiyası
keçirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415