Abxaziyada "prezident seçkiləri"nin ikinci turu keçiriləcək

Abxaziyanın özünü elan etmiş respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Dimitri Marşan, "prezident seçkiləri"nin ikinci turunun keçiriləcəyini bildirib.


Onun sözlərinə görə, bu turda Badra Qunba və Adqur Arzınba iştirak edəcəklər.

"Seçki Komissiyası əvvəlcədən nəticələri 16 fevralda açıqlayacaq. Əgər seçki bülletenində iki nəfərdən artıq prezident namizədi göstərilib və heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası ən çox səs toplayan
iki namizədin iştirak etdiyi ikinci turu keçirəcək. Təkrar seçki, ilk turdan ən geci iki həftə sonra keçiriləcək,"
- deyə "Apsnypress" agentliyi məlumat yayıb.

Əvvəlki nəticələrə görə, "prezident" namizədləri arasında səs bölgüsü belə olub:

Badra Qunba - 46%
Adgur Arzınba - 37%
Robert Arşba - 7%
Oleg Bartsitsi - 4%
Adgur Xuruxmali - 1%

Abxaziyanın de-fakto respublikasının konstitusiyasına əsasən, "prezident" yalnız abxaz milliyyətinə mənsub 35-65 yaş arası vətəndaş ola bilər.

2025-ci ilin 15 fevralı üçün qeydiyyatdan keçmiş seçicilərin sayı 135 min olub. "Seçkilər"də 99 min nəfər iştirak edib.

 

Print Email
FaceBook Twitter Google