İvanişvili hava limanında bizə "zonder qrupu"nu göndərdi – "Qaxaria Gürcüstan naminə"

Partiya „Qaxaria Gürcüstan naminə“nin məlumatına görə, onların lideri Qiorqi Qaxaria Münhen konfransından Tbilisiyə qayıdarkən hava limanında əvvəlcədən təşkil olunmuş "xüsusi qrup" tərəfindən qarşılanıb.



Partiyanın məlumatına əsasən, əvvəlcədən hazırlanmış bu qrup keçmiş baş nazirə qarşı təhqiredici şüarlar səsləndirib.

"Bu gün səhər tezdən Münhen Təhlükəsizlik Konfransından Gürcüstana qayıdarkən "Qaxaria Gürcüstan naminə" partiyasının sədri Qiorqi Qaxaria və komandamızın üzvü,
Almaniyadakı keçmiş səfir Elquca Xokrişvili Tbilisi beynəlxalq hava limanında İvanişvili tərəfindən təşkil olunmuş, əvvəlcədən hazırlanan xüsusi partiya qrupu ilə qarşılaşdılar. Hava limanında olan və əvvəlcədən xəbərdar edilən polis isə tamamilə hərəkətsiz qalaraq onlara şərait yaratdı.

Nəzarətdən çıxmış zorakı hakimiyyət artıq idarəolunmaz hala gəlib.

Aydındır ki, İvanişvili Münhen Təhlükəsizlik Konfransının nəticələrindən qorxur və bu isteriya da məhz bunun nəticəsidir.

Bizim siyasi qüvvə hər şeyi edəcək ki, İvanişvili onun üçün ən dəyərli olanı – pul və hakimiyyəti itirsin və bir daha gürcü xalqına qarşı zorakılıq edə bilməsin",
– partiya bəyanat yayıb.

Xatırladaq ki, Qiorqi Qaxaria Münhendə Təhlükəsizlik Konfransında iştirak edirdi. Konfransa Gürcüstandan həmçinin 5-ci prezident Salome Zurabişvili də dəvət olunmuşdu.

 

Print Email
FaceBook Twitter Google