Partiya „Qaxaria Gürcüstan naminə“nin məlumatına görə, onların
lideri Qiorqi Qaxaria Münhen konfransından Tbilisiyə qayıdarkən
hava limanında əvvəlcədən təşkil olunmuş "xüsusi qrup" tərəfindən
qarşılanıb.
Partiyanın məlumatına əsasən, əvvəlcədən hazırlanmış bu qrup keçmiş
baş nazirə qarşı təhqiredici şüarlar səsləndirib.
"Bu gün səhər tezdən Münhen Təhlükəsizlik Konfransından
Gürcüstana qayıdarkən "Qaxaria Gürcüstan naminə" partiyasının sədri
Qiorqi Qaxaria və komandamızın üzvü, Almaniyadakı keçmiş səfir
Elquca Xokrişvili Tbilisi beynəlxalq hava limanında İvanişvili
tərəfindən təşkil olunmuş, əvvəlcədən hazırlanan xüsusi partiya
qrupu ilə qarşılaşdılar. Hava limanında olan və əvvəlcədən xəbərdar
edilən polis isə tamamilə hərəkətsiz qalaraq onlara şərait
yaratdı.
Nəzarətdən çıxmış zorakı hakimiyyət artıq idarəolunmaz hala
gəlib.
Aydındır ki, İvanişvili Münhen Təhlükəsizlik Konfransının
nəticələrindən qorxur və bu isteriya da məhz bunun nəticəsidir.
Bizim siyasi qüvvə hər şeyi edəcək ki, İvanişvili onun üçün ən
dəyərli olanı – pul və hakimiyyəti itirsin və bir daha gürcü
xalqına qarşı zorakılıq edə bilməsin", – partiya
bəyanat yayıb.
Xatırladaq ki, Qiorqi Qaxaria Münhendə Təhlükəsizlik Konfransında
iştirak edirdi. Konfransa Gürcüstandan həmçinin 5-ci prezident
Salome Zurabişvili də dəvət olunmuşdu.