Biznesmen və siyasətçi Qoqi Topadze 84 yaşında vəfat edib.
Məlumatı sosial şəbəkələrdə onun yaxınları yayıb.
Gogi Topadze 1957-ci ildə Tbilisinin 51 nömrəli orta məktəbini
bitirib və təhsilini Gürcüstan Politexnik İnstitutunun Qida və
Kimya Sənayesi fakültəsində davam etdirib. 1962-ci ildə institutu
bitirdikdən sonra Qida və Sənaye Elmi-Tədqiqat İnstitutunda elmi
əməkdaş kimi çalışıb.
1967-ci ildə Moskvanın
Ümumittifaq Üzvi Kimya Elmi-Tədqiqat
İnstitutunun aspiranturasına qəbul olunub. 1969-cu ildə
dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi
dərəcəsini alıb.
1970-1975-ci illərdə Tbilisi sabun fabrikinin direktoru olub.
1975-1986-cı illərdə "TbilLudi" istehsal birliyinin baş direktoru
vəzifəsində çalışıb. 1986-cı ildən Lilo pivə zavodunun tikintisinin
rəhbəri olub.
1994-cü ildə "Kazbeqi" pivə şirkətini təsis edib. 1997 və 1998-ci
illərdə Gürcüstanın ən yaxşı biznesmeni adına layiq görülüb.
1999-2005-ci illərdə "Sənaye Gürcüstanı Xilas Edəcək" siyasi
hərəkatının sədri olub. 1999-2004-cü illərdə Gürcüstanın V çağırış
parlamentinin üzvü olub. 2004-2008-ci illərdə VI çağırış
parlamentin deputatı seçilib.
2005-ci ildən "Sənaye Gürcüstanı Xilas Edəcək" siyasi hərəkatının
lideri olub. Həmin il Avropa Ticarət Palatasının prezidenti
seçilib. 2005-ci ildə ilk gürcü biznesmenlərdən biri kimi
xeyriyyəçi qızıl medalı ilə təltif edilib.
2010-cu il 30 may yerli özünüidarəetmə seçkilərində Tbilisi meri
postuna namizəd olub. 2012-2016-cı illərdə "Bidzina İvanişvili -
Gürcü Arzusu" seçki bloku ilə Gürcüstanın VIII çağırış
parlamentinin deputatı olub.