Bloomberg-in 500 milyarder siyahısında yer alan gürcü biznesmen
Bidzina İvanişvilinin sərvəti yeni rekorda imza atıb.
İvanişvili reytinqdə 399-cu yerdədir.
Eyni reytinqə əsasən, İvanişvilinin sərvəti hazırda 7,8 milyard ABŞ
dolları təşkil edir ki, bu da rekord göstəricidir. Onu da qeyd
etmək lazımdır ki, 2025-ci ilin yanvarından onun sərvəti 300 milyon
dollar, bir ildə isə 1,5 milyard
dollar artıb. O cümlədən, ötən il
fevralın 15-də Bloomberg-in məlumatına görə, İvanişvilinin sərvəti
6,75 milyard dollar olub.
Bloomberg məlumatlarına görə, Bidzina İvanişvilinin son bir ildə
sərvətində artım/azalma tendensiyası belə görünür:
Bloomberg yazır ki, İvanişvili 1990-cı illərdə Rusiyada sərvətini
müxtəlif bizneslər, o cümlədən dəmir filizi istehsalçıları, polad
zavodları, banklar və daşınmaz əmlak kolleksiyası tikməklə qazanıb.
O, aktivlərinin çoxunu 2003-2006-cı illər arasında, qalanını isə
2012-ci ilin oktyabrında Gürcüstanın baş naziri seçilənə qədər
satıb. O, 2013-cü ildə vəzifəsini tərk edib.
Məlumat üçün bildirək ki, Bloomberg Billionaires Index 2013-cü
ildən Bidzina İvanişvilinin sərvətini qiymətləndirir. Forbes
reytinqinə gəlincə, onun sərvəti bir neçə ildir dəyişməyib və hələ
də 4,9 milyard dollar təşkil edir.