Gürcüstana diri keçi və qoyun idxalı azalıb. 2024-cü ildə ölkəyə
354 ton diri qoyun və keçi idxal olunub
və onların ümumi dəyəri 1 milyon ABŞ dollarını keçib. Müqayisə
üçün, 2023-cü ildə 1 475 ton (1.6 milyon ABŞ dolları) diri qoyun və
keçi idxal edilmişdi.
Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə,
2024-cü ildə diri keçi
və qoyunlar yalnız Ermənistandan gətirilib.
2023-cü ildə isə əsas idxal mənbəyi Rusiya olub (1 397 ton, 1.32
milyon ABŞ dolları). Ermənistandan (72 ton, 165 min ABŞ dolları) və
Böyük Britaniyadan (5 ton, 135 min ABŞ dolları) idxal olunan həcm
isə nisbətən az olub.
İdxalla yanaşı, yerli ixrac həcmi də azalıb. 2024-cü ildə Gürcüstan
9 577 ton diri qoyun və keçi ixrac edib, bu da 36 milyon ABŞ
dollarından çox gəlir gətirib. Halbuki 2023-cü ildə ixrac olunan
diri qoyun və keçi həcmi 14 887 ton (44 milyon ABŞ dolları) təşkil
edirdi.
Qeyd etmək lazımdır ki, Gürcüstandan ixrac olunan qoyun və
keçilərin əsasən Səudiyyə Ərəbistanı və Azərbaycandır, digər
ölkələrin payı isə nisbətən azdır. 2024-cü ilin ixrac bazarları
belə bölünüb:
- Səudiyyə Ərəbistanı – 4 162 ton, 20.2 milyon ABŞ
dolları
- Azərbaycan – 4 783 ton, 14.2 milyon ABŞ
dolları
- Qətər – 193 ton, 722 min ABŞ dolları
- Livan – 315 ton, 700 min ABŞ dolları
- İran – 62 ton, 237 min ABŞ dolları
- İraq – 62 ton, 193 min ABŞ dolları
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415