DTX: Rusiyanın işğalçı qüvvələri Dirbi kəndi yaxınlığında 2 Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Dirbi kəndi yaxınlığında, işğal olunmuş ərazidə Gürcüstanın iki vətəndaşını qanunsuz olaraq saxlayıblar.

“Dövlət Təhlükəsizliyi Xidməti növbəti qanunsuz saxlanma barədə məlumat aldıqdan sonra Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “Qaynar xətt”i aktivləşdirib.

Məlumat dərhal Cenevrə beynəlxalq danışıqlarının həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

Qanunsuz saxlanılan Gürcüstan vət
əndaşlarının ən qısa zamanda azad edilməsi üçün mövcud bütün mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilmiş bütün destruktiv hərəkətlərə görə məsuliyyət daşıyır,”
– Dövlət Təhlükəsizliyi Xidməti bildirir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google