Cinayət Polisinin detektivi, keçən il yetkinlik yaşına çatmayan
övladının gözü önündə həyat yoldaşını döyən,
onu təhdid edən və alnına silah dayayan şəxs, bu günlərdə həbs
edilib.
İstintaqın versiyasına əsasən, həbs edilən detektiv həyat yoldaşı
ilə birgə yaşadığı dövrdə dəfələrlə ona qarşı fiziki zorakılıq
tətbiq edib və onu təhdid edib.
İstintaqın materiallarına görə, 2024-cü ilin yazında – Surami
şəhərində, detektiv həyat yoldaşını öldürməklə hədələyib, alnına
odlu silah dayayıb və ona fiziki zorakılıq göstərib.
Müstəntiqlərin məlumatına görə, polis əməkdaşı bundan sonra da
zorakılıq və təhdidlərini davam etdirib.
Bir müddət sonra
– dəqiq tarix açıqlanmayıb – zərərçəkmiş qadın
hüquq-mühafizə orqanlarına müraciət edib. Belə işlər Xüsusi
İstintaq Xidməti tərəfindən araşdırılır.
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, zərərçəkmiş qadın və
onun ailə üzvləri dindirilib, elektron məlumatlar toplanıb və
cinayətdə təqsirləndirən sübutlar əldə edilib.
Detektiv məhkəmənin qərarından sonra həbs edilib.
Ona qarşı bir neçə ittiham irəli sürülüb:
- Ailədaxili zorakılıq – 2 ilədək həbs və ya 80-150 saat
ictimai iş cəzası nəzərdə tutulur.
- Ağırlaşdırıcı hallarda ailədaxili zorakılıq –
"yetkinlik yaşına çatmayan şəxsin yanında ailə üzvünə qarşı
törədilmiş zorakılıq" – 200-400 saat ictimai iş və ya 1 ildən 3
ilədək həbs cəzası nəzərdə tutulur.
- Ailə üzvünü hədələmə – 170-200 saatlıq ictimai iş, 2
ilədək "islah işləri" və ya 3 ilədək həbs cəzası nəzərdə
tutulur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415